Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

DTX-dan Gömrük Komitəsində aparılmış əməliyyatla bağlı AÇIQLAMA

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının srağagün Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.
Yenixeber.org: Sosial şəbəkələr və medianın böyük diqqət ayırdığı qeyri-rəsmi xəbərlərə görə, həbs olunanlar arasında generallar da var. Hətta konkret adlar da çəkilir. 
Mövzu ciddi müzakirələrə səbəb olsa da, rəsmi qurum əməliyyatla bağlı açıqlama verməyə tələsmir, amma informasiyanı təkzib də etməyib. 

Yayılan qeyri-rəsmi xəbərləri dəqiqləşdirmək üçün DTX-nın mətbuat xidmətinə sorğu ünvanlamışıq.
DTX-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı açıqlama olarsa, mətbuatda yayımlanacaq.

Eyni zamanda o da qeyd edilib ki, əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyini də dəqiq söyləmək olmaz.

Qeyd edək ki, qeyri-rəsmi informasiyalarda əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovun saxlanıldığı bildirilib.(modern) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam