Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Mustafa Şentop:“Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini gücləndirməliyik”


“Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq”.

Yenixeber.org:  Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop TürkPA-ya üzv ölkələr arasında əlaqələrdən danışarkən deyib.

TBMM sədri qeyd edib ki, TürkPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb edir.

“Ticarət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, müdafiə sənayesi və bir çox başqa sahələrdə bütövlükdə daha çox inkişaf etdirilməsi üçün hələ çox uzun yol var. Türk dövlətləri olaraq güclü varlığımızla beynəlxalq sistemi ikili standartlardan uzaq, ədalətə əsaslanan quruluşa gəlməyə çalışmalıyıq”, - Mustafa Şentop vurğulayıb.

O, qeyd edib ki, türkdilli ölkələrin bir çox sahədə potensialının indiki səviyyədən qat-qat üstündür.

Türkiyə Böyük Millət Məclisinin sədri TürkPA üzvü olan ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam