Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib

 

Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Yenixeber.org:  Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, S.Mehdiyev Naxçıvanda 1973-cü ildə anadan olub, 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr  ixtisası üzrə bitirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb, 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb, 1999–2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb, 2004-dən 2006-cı ilin fevral ayına qədər Komitə sədrinin müavini, 2006-cı ilin fevral ayından Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb, 23 aprel 2018-ci ildə Komitənin sədri təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam