Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"Bioenerjidən istifadənin genişləndirilməsi" üzrə İşçi Qrupun ilk iclası keçirilib -FOTO

"Bioenerjidən istifadənin genişləndirilməsi" üzrə İşçi Qrupun ilk iclası keçirilib

Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış “Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi Qrupun ilk iclası keçirilib.
Yenixeber.org: Onlayn formatda keçirilən iclası Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini, İşçi Qrupun rəhbəri Kamran Hüseynov giriş sözü ilə açaraq ölkəmizdə bioenerji potensialı, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasında bioenerji potensialından istifadənin mümkünlüyünü diqqətə çatdırıb.
AREA-nın şöbə müdiri Rəna Hümbətova bioenerji istehsalında beynəlxalq təcrübələr barədə məlumat verib. O, İşçi Qrupun yaradılmasının əhəmiyyətini qeyd edərək qarşıda duran əsas tapşırıqlar barədə ətraflı danışıb. Üzv qurumlar tərəfindən təqdim olunan məlumatlar ətrafında müzakirələr aparılıb, ölkəmizdə bioenerji sahəsində pilot layihələrin istiqamətləri müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb. İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, "Azərsu" və "Azərişıq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.

İşçi Qrup Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam