Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Nazir:"Azərbaycanın Laçın yolunu bağlaması və erməni sakinlərin “blokada”ya alınması tamamilə əsassızdır"

 

"Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaratması barədə iddiaları tamamilə əsassızdır".

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dekabrın 30-da Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə telefon danışığı zamanı bildirib.

C.Bayramov həmkarına nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyi barədə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin erməni əhalinin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yardım göstərmək niyyətləri barədə aktivistlərin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə maneçilik törətməsi faktları vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam