Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Şuşa, Kəlbəcər və Laçında qar yağacaq -XƏBƏRDARLIQ

 

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, Şuşa, Kəlbəcər, Laçında yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq. Yollar buz bağlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam