Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ceyhun Bayramov:"Azərbaycan zəlzələyə görə Türkiyəyə dəstəyini davam etdirəcək"

 

"Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyəyə dəstəyini davam etdirəcək".

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib.

Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.

XİN başçısı Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.

C.Bayramov qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam