Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb -FAKTİKİ HAVA

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, fevralın 25-nə olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində müşahidə olunan yağıntılar 25-i gecə saatlarından kəsilib.

Səhər saatlarına olan məlumata görə, qalan qar örtüyünün hündürlüyü Qaxda 88 sm, Şəkidə 29 sm, Qubada 20 sm, Ağdərədə 19 sm, Xaltanda 15 sm, Gədəbəydə 10 sm, Qəbələdə 9 sm, Oğuz, Qusarda 8 sm, Lerik, Qobustanda 3 sm, Yardımlıda 2 sm olub.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Şamaxı, Qrız, Salyan, Biləsuvar, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Cənub-qərb küləyi arabir Altıağacda 21 m/s, Naftalan, Tovuzda 18 m/s, Ağdam, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 7°-dək şaxta, dağlıq rayonlarda 9-15° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Məlumatda həmçinin qeyd edilib ki, fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 15°-dək isti, aran rayonlarında və Naxçıvanda 14-19° isti, dağlıq rayonlarda 3-8° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam