Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Zəngəzur dəhlizi addım-addım reallaşır”

 

"Türkiyə ilə Azərbaycanı bir-biri ilə əlaqələndirəcək Zəngəzur dəhlizinə addım-addım yaxınlaşılır".

Yenixeber.org: Bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.

Yazıda xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edib:

“Tarixi ərazilərdə yenidənqurma işləri həyata keçirildi, yeni yollar salındı. Mütəxəssislərin fikrincə, Zəngəzir dəhlizi kifayət qədər əhəmiyyətlidir”.

Məqalədə, həmçinin bildirilib ki, Vətən müharibəsi Zəngəzur dəhlizinin açılmasına şərait yaradıb:

“Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam