Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ukraynaya daha 274 milyon avro məbləğində yardım göndəriləcək

2021/12/IBVAQ-1639811426.jpg  
  Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək.

Yenixeber.org: Bu barədə Niderlandın Xarici İşlər Nazirliyi, Xarici Ticarət və İnkişaf Əməkdaşlıq Nazirliyi parlamentə göndərdiyi məktubda bildirib.

Təxminən 180 milyon avro humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası, eləcə də kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək. Daha 94 milyon avro isə Kiyev ilə NATO arasında əməkdaşlığın gücləndirilməsinə, habelə Ukrayna mədəniyyətinin qorunmasına və qorunub saxlanmasına yönəldiləcək.

Bu yardım Niderland hökumətinin 2023-cü ildə Ukraynaya dəstək üçün ayırdığı 2,5 milyard avroya daxildir.

Bundan əlavə, məktubda Niderlandın Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Lişe Şraynmaxerin Ukraynanın bərpasına Amsterdamın işgüzar dairələrinin daha fəal cəlb olunması üçün keçmiş diplomat Ron van Darteli xüsusi nümayəndə təyin etdiyi deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam