Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu partiya da Ərdoğanı seçdi

Seçki sorğusu - Ərdoğan birinci oldu

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir partiya Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləmək qərarı verib.

Yenixeber.org: Demokratik Sol Partiya (DSP) da Ərdoğanı dəstəkləyən siyasi partiyaların sırasına qoşulub.

Bu barədə partiya sədri Önder Aksakal açıqlama verib: "Qarşıdakı seçkilərdə Rəcəb Tayyib Ərdoğanı müdafiə edəcəyik".

Aksakal dünən CHP sədri Kemal Kılıçdaroğlu ilə də görüşərək seçkilərlə bağlı müzakirələr aparmışdı. Daha sonra isə hakim partiyanın sədr müavini Binali Yıldırımla görüşmüş və Ərdoğanın namizədliyi ilə əlaqədar danışıqlarda iştirak etmişdi.

Qeyd edək ki, DSP ölkənin mərhum baş naziri Bülent Ecevit tərəfindən 1980-ci ildəki hərbi çevriliş zamanı sədri olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) fəaliyyətini dayandırmasından sonra qurulub.("TRT Haber")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam