Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Erməni deputat: "Azərbaycanlı əsgərlə bağlı insident biyabırçı hadisədir"

 
Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Qeqam Manukyan maraqlı açıqlamalar verib.
Yenixeber.org: O, jurnalistlərlə söhbətində Azərbaycan əsgərinin Ermənistan ərazisində aşkarlanması hadisəsini ölkəsi üçün biabırçı və misilsiz insident adlandırıb.

Deputat hələ də anlaya bilmir ki, Azərbaycan əsgəri Ermənistanda üç gün necə gözə dəyməyib.

"İnanmaq çətindir ki, Azərbaycan əsgəri üç gün ərzində Ermənistan ərazisində diqqətdən kənarda qalıb və Sisiandan Kafana gedə bilib. Bu hadisə özlüyündə görünməmiş və biabırçı olaydır", - o, deputat brifinqdə qeyd edib.

Onun fikrincə, daha çox biabırçılıq isə Ermənistanın baş naziri Nikol Paşinyanın hərbçinin geri qayıtması ehtimalını istisna etməməsi və baş verənlərlə bağlı öz versiyasını təqdim etməsidir: "Paşinyan ibtidai istintaq, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının vəkili səlahiyyətlərini öz üzərinə götürərək, əsgərin mümkün qayıdışını izah etməyə çalışıb".

Qeyd edək ki, Manukyan daşnakdır və Azərbaycana qarşı sərt, revanşist açıqlamaları ilə seçilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam