Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Gəlin yozmayaq“:Arzu Rəhimovdan açıqlama

 "Cənab Prezident məni işdən azad edibsə, deməli, belə lazımdır"
Yenixeber.org: Bunu general-polkovnik Arzu Rəhimov bildirib.
O, vəzifəsindən azad edilməsinə münasibət bildirib:
"Cənab Prezident məni işdən azad edibsə, deməli, belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq".
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi" sualına sabiq xidmət rəisi qısa cavab verib:
"Qardaşım, biz hüquqi dövlətdə yaşayırıq. Kim ki qanunvericiliyimizi pozursa qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır".
Xatırladaq ki, İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam