Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan hərbi xərclərə görə dünyada 8-cidir

 

Mərkəzi ofisi İsveç Krallığının Stokholm şəhərində yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci ildə dünya ölkələrinin hərbi xərcələri ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda qlobal hərbi xərclərin rekord səviyyəyə çatdığı qeyd olunub. Məlumata görə, dünya ölkələrinin ötən il orduya xərclədiyi vəsait 2,24 trilyon dollar olub. Ümumilikdə qlobal hərbi xərclər ardıcıl səkkiz ildir ki, artır. 

Yenixeber.org: SIPRI 2022-ci ildə Azərbaycanın əvvəlki illə müqayisədə hərbi xərclərini artırdığını açıqlayıb. 

Ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin payına görə Azərbaycan dünyada 8-ci yerdədir. Belə ki, Azərbaycan ÜDM-nin 4.5%-ni orduya xərcləyir. Bu siyahıda birinci yeri Ukrayna tutur. Kiyev ÜDM-nin 34%-ni hərbi xərclərə ayırıb. 

SIPRI-nin məlumat bazasında qeyd olunub ki, Azərbaycanın hərbi xərcləri 2022-ci ildə 3 milyard dollara yaxın olub. Bu, əvvəlki illə müqayisədə 10%-dən çox artım deməkdir. 

Region ölkələrindən Ermənistanda hərbi xərclər 795 milyon dollar, Gürcüstanda 360 milyon dollar təşkil edib. Bu ölkələr müvafiq olaraq ÜDM-nin 4.3 və 1.4% hissəsini orduya xərcləyiblər. 

Buradan məlum olur ki, Azərbaycanın hərbi xərcləri Ermənistandan 3.7 dəfə çoxdur. Azərbaycan bu sahədə Cənubi Qafqaz ölkələri arasında liderdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam