Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ucar RPŞ-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib -FOTOLAR

 
Ucar Rayon Polis Şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Yenixeber.org: Əvvəlcə rayon ərazisində Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Polis şöbəsinin inzibati binasında davam edən tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Valik Vəlimətov Ümumilli Lider H.Əliyevin şərəfli və mənalı ömür yolundan, müstəqil dövlətimizin inkişafı və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, məhz Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dövlətimiz yüksək templə inkişaf etmiş dövlətlər sırasında öz yerini tutaraq, böyük layihələrin icrasında yaxından iştirak etmiş, dünya miqyaslı tədbirlərin təşkilatçısı olmuşdur.
Daha sonra çıxış edənlər polis əməkdaşları Ulu Öndərin həyatından, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam