Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Venesuela: ABŞ Latın Amerikasında sülhə təhdiddir

 

ABŞ ordusunun Cənub Komandanlığının ərazi mübahisəsinə və Venesuela ilə Qayana arasındakı münasibətlərə müdaxiləsi Latın Amerikasında sülhü təhdid edir.

Yenixeber.org xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes “Venezolana de Television” kanalında canlı yayımda deyib.

Nazir bildirib ki, Birləşmiş Ştatlar Venesuela və Qayana arasındakı bölünməmiş dəniz şelfində və Venesuelanın daxili sularında daimi hərbi təlimlərə başlamağı planlaşdırır. "ABŞ ordusunun Cənub Komandanlığının quruda və sularda sərhədləri müəyyən edilməmiş ərazilərdə hərəkətləri və mövcudluğu Latın Amerikası ölkələri tərəfindən yaradılmış sülh zonasına təhlükə yaradır", - Padrino Lopes vurğulayıb.

"Heç kim ABŞ-ni Venesuela ilə Qayana Kooperativ Respublikası arasındakı münasibətlərə müdaxilə etməyə dəvət etməyib", - o deyib.

Venesuela silahlı qüvvələri ölkənin Atlantik sahillərinin daxili sularında “daimi əməliyyat” keçirir.

Nazir ABŞ ordusunun Cənub komandanlığının rəhbəri general Laur Riçardsonu Birləşmiş Ştatları enerji ilə təmin etməli olan “ExxonMobil” Neft Şirkətinin agenti adlandırıb. ABŞ Senatında keçirilən dinləmələrdə Riçardson Qayananın ABŞ-nin regionda mühüm tərəfdaşı olduğunu bildirib, Venesuelanın siyasətinə mənfi münasibət sərgiləyib və Qayana silahlı qüvvələri ilə birgə təlim planları barədə danışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam