Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İnsanları öldürən şəxs evdə barrikada qurdu -YENİLƏNDİ

ABŞ-ın Pensilvaniya ştatının Falls Taunşip şəhərində naməlum silahlı şəxsin hücumu nəticəsində 3 nəfər həlak olub.

Yenixeber.org: Məlumata görə, bir neçə növ silahla silahlanmış naməlum şəxs oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edir. O, artıq şəhərin müxtəlif yerlərində bir neçə hücum həyata keçirib.

Atışma Müqəddəs Patriarx Günü tədbirinin keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar tədbiri ləğv etməyə məcbur olublar.

Yaxınlıqdakı ticarət mərkəzləri bağlanıb. Polis həyəcan elan edib və sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə evlərinə qapanmağa və çölə çıxmamağa çağırıb.

***

Pensilvaniya ştatında atışmada şübhəli bilinən şəxs bir neçə nəfəri girov götürərək Nyu Cersi ştatının Trenton şəhərindəki evdə barrikada qurub.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı Andre Qordon Pensilvaniya ştatında avtomobil oğurlayaraq ərazini tərk edib. Trentondakı evlərdən birində saxlanılan girovların sayı məlum deyil.

Əməliyyatı Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları həyata keçirir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, atışma zamanı həlak olanların hamısı atəş açan şəxsin tanışları olub.(“Foks 29”)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam