Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yaz fəslinin Azərbaycana daxilolma vaxtı -AÇIQLANDI

 

Cari ildə Yaz fəsli Azərbaycana 20 Mart saat 07:06-da daxil olacaq.

Yenixeber.org xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumata görə bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san. olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam