Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kremldən NATO Baş katibinin Cənubi Qafqaza səfərinə MÜNASİBƏT...

     Kreml NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirib.

Yenixeber.org: Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi niyyəti onlara yaxşı məlumdur və necə deyərlər, bu, adi gözlə belə görünür”.

Onun sözlərinə görə, “belə bir düşüncə var ki, NATO-nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri çətin ki, Qafqaza sabitlik gətirə bilsin”.

Rusiya liderinin mətbuat katibi onu da qeyd edib ki, belə təmaslar Cənubi Qafqaz dövlətlərinin “suveren hüququ”dur.

O, prosesi diqqətlə müşahidə etdiklərini də vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq martın 17-də Azərbaycana, martın 18-də Gürcüstana, bu gün isə Ermənistana səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam