Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İraqın şimalında “təhlükəsiz bölgə” yaradılacaq -RƏSMİ AÇIQLAMA

İraq sərhədində "təhlükəsiz bölgə" yaradaraq Türkiyəyə uzaqdan gələn təhlükəni qarşılamaq, nəqliyyat və enerji layihələri ilə bölgənin rifahının inkişafına töhfə vermək hədəflənir.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindəki (MMN) mənbələrdən bildirilib.

Məlumata görə, Türkiyə hərbi-siyasi rəhbərliyinin İraq hakimiyyəti ilə son görüşlərindən sonra həftəlik mətbuat brifinqi keçirilib.

Nazirlik mənbələri İraq hakimiyyəti ilə son görüşlərdən sonra Birgə Əməliyyatlar Mərkəzinin yaradılıb-yaradılmayacağı ilə bağlı suallara cavab veriblər.

“İraqla danışıqlar müəyyən səviyyələrdə davam edir. Dekabrda keçirilən ikinci görüş bu yaxınlarda Bağdadda keçirilib. İki ölkə arasında imzalanması planlaşdırılan Strateji Çərçivə Sənədi üçün hazırlıqlar davam edir. Bu sənədə daxil etmək istədiyimiz məsələlərdən biri də Birgə Əməliyyatlar Mərkəzinin yaradılmasıdır. Bu əməliyyat mərkəzinin fəaliyyəti ilə bağlı texniki detallar da sözügedən sənəd imzalandıqdan sonra müəyyən ediləcək”, - nazirlik təmsilçisi qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam