Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

BMT Azərbaycanın xəritəsini -YENİLƏYİB FOTO

Birləşmiş Millərlər Təşkilatı (BMT) Azərbaycanın xəritəsini yeniləyib.

Yenixeber.org xəbər verir ki, BMT-nin 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsində Azərbaycandakı coğrafi adlar da təzələnib.

Bu xəritəninin təsvirini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, xəritədə Xankəndi, Xocavənd şəhərləri Azərbaycan toponimləri ilə qeyd edilib. Əvvəlki xəritədə isə Xankəndi "Stepanakert", Xocavənd "Martuni" kimi qeyd olunmuşdu.

Bundan başqa, xəritədə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan 8 kəndi də göstərilib. Söhbət Qazaxın 7 kəndindən və Naxçıvanın Sədərək rayonunun 1 yaşayış məntəqəsindən gedir.

Xatırladaq ki, Qazaxın işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycan ərazisinə bitişikdir, qalan 3 kənd -  Yuxarı Əskipara, Sofulu və  Barxudarlı isə esklavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatələnib).

Həmçinin Naxçıvanın Kərki kəndi də hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş esklav yaşayış məntəqəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam