Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya səfirliyi Azərbaycana təşəkkür edib - FOTO

Rusiya səfirliyi Azərbaycana təşəkkür edib - FOTO

Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına dünən Moskvada baş verən terror aktı ilə əlaqədar gül dəstələri düzülüb.

Yenixeber.org: Səfirlik binasının qarşısına gül dəstələri düzən insanlar dünənki faciədə həlak olanların xatirəsinə dualar oxuyublar.

Səfirlikdə onlayn xatirə kitabı açılıb.

Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.

"Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik".

Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib.(Apa)

Nihat PİR



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam