Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Paşinyanın komandasında PARÇALANMA

 

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasında birlik pozulub.

Yenixeber.org: Bildirilir ki, saxili və xarici siyasi məsələlərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın üzvləri onun fikrini bir nəfər kimi təkrarlasa da, partiyada əvvəlki birlik yoxdur. 

Nəşrin mənbələrinin sözlərinə görə, hakim komanda daxilində 2 əks qütb yaranıb - Nikolçular və Qriqoryançılar. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmişə güclü qərbpərəstlik nümayiş etdirir, Rusiya əleyhinə bəyanatlar verir. Buna baxmayaraq o, Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd olmaq ərizəsinin müzakirəsi zamanı Paşinyanın istəyinə qarşı çıxıb və mövqeyi ilə hakim partiyanın üzvlərini təəccübləndirib.

Qriqoryan müzakirələr zamanı Rusiya Federasiyası ilə bağlı müsbət mövqe bildirməsə də, Ermənistanın Rusiya Federasiyasından asılılığının və Moskvadan uzaqlaşmanın mənfi nəticələri olacağını düşünür.

"Qriqoryan belə mövqenin tərəfdarıdır ki, Ermənistanın inkişafı regional formatda mümkündür və burada Rusiyanın mühüm rolu var. İstisna deyil ki, iqtidar öz reytinqinin aşağı düşdüyünü anlayaraq növbəti seçkilərdə komanda daxilində “müxalifət” qüvvəsi formalaşdırmağa çalışır”, - məqalədə deyilir.(Hraparak)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam