Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq -Bu gündən

 

“Samsung” şirkəti əvvəllər yalnız “Galaxy S24” seriyalı smartfonlarda mövcud olan “Galaxy AI” süni intellekt funksiyalarını digər “Galaxy” modellərinə əlavə edəcək.

Yenixeber.org xəbər verir ki, “One UI 6.1” proqram yeniləməsi bu gün buraxılacaq və “Galaxy S23”, “S23 FE” seriyası, “Galaxy Z Flip 5”, “Z Fold 5” və “Tab S9” planşetləri də daxil olmaqla əvvəlki nəsil “Samsung” cihazlarına “Galaxy AI” imkanlarını gətirəcək.

Bildirilir ki, “Galaxy AI”nin ən maraqlı xüsusiyyətlərindən biri “Circle to Search”dir. Belə ki, nun köməyi ilə siz smartfonun ekranında görünən hər şeyi dairə edə bilərsiniz və smartfon dərhal İnternetdə bu barədə məlumat tapacaq.“Samsung Phone” proqramında başqa dillərdə danışan insanlarla telefonla əlaqə saxlamağa imkan verən Canlı Tərcümə funksiyası olacaq və “Galaxy AI” söhbəti hər iki tərəf üçün real vaxt rejimində tərcümə edəcək.

“Galaxy AI” xüsusiyyətləri smartfonlarda fotoqrafiya təcrübəsini də artıracaq və “Notes” proqramında “Note Assist” istifadəçilərin qeydlərinin xülasəsini yaradacaq və onları daha başa düşülən etmək üçün məzmununu dəyişdirəcək.

Nəzərə alsaq ki, “Qualcomm Snapdragon 8 Gen 3” çipi ilə təchiz edilmiş “S24” seriyalı smartfonlardan fərqli olaraq, digər modellərdə daha zəif prosessorlar var. Bu, “Galaxy AI” funksiyalarının sürətinə təsir edə bilər.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam