Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyadakı terrora görə daha 3 nəfər saxlanıldı

crocus-city-halldaki-terrora-gore-daha-3-nefer-saxlanildi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha 3 nəfəri saxlayıb.

Yenixeber.org: Rusiya mediası xəbər verir ki, sözügedən şəxslər Moskva, Yekaterinburq və Omsk şəhərlərində saxlanılıb. 

Onlardan biri Rusiya vətəndaşı olsa da, hər üçü Mərkəzi Asiya regionundandır. 

Bildirilir ki, saxlanılan şəxslərdən ikisi terror aktı zamanı istifadə olunan nəqliyyat vasitəsi və odlu silahın əldə edilməsi üçün pul köçürüb. Üçüncü şəxs isə terrorda iştirak edənlərin hücuma cəlb olunması və onu icra edənlərin maliyyələşdirilməsi ilə məşğul olub. 

Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam