Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Cevdet Yılmaz Milli Məclisin qərarını -ALQIŞLADI

 

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Azərbaycan Respublikası Milli Məclisinin Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərarını alqışlayıb.

Yenixeber.org xəbər verir ki, C.Yılmaz Lefkoşada jurnalistlərlə söhbətində işçi qrupunun fəaliyyətinin KKTC və Azərbaycanın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

“Bu gün mən bu xoş xəbəri bölüşmək istəyirəm: Azərbaycan ilə ŞKTC arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ümid edirik ki, onun fəaliyyəti iki qardaş dövlətin maraqlarına töhfə verəcək. Bu gün artıq belə deyirik: “Bir millət, üç dövlət”, - deyə C.Yılmaz vurğulayıb.

Ankaranın ŞKTC-nin maraqlarını dəstəkləmək kursunun dəyişməzliyini vurğulayan Türkiyənin vitse-prezidenti qeyd edib ki, Lefkoşa ilə ikitərəfli əlaqələrin inkişafı məsələsində müsbət addımlar Türk Dövlətləri Təşkilatı müstəvisində, o cümlədən Azərbaycan tərəfindən də qeydə alınır. Siyasətçi habelə, ŞKTC ilə beynəlxalq əlaqələrin inkişafı üçün yeni addımlar atmağa çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam