Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qazaxıstanda 63 mindən çox sakin təxliyə edildi -SƏBƏB

qazaxistanda-dasqinlara-gore-63-minden-cox-sakin-texliye-edildi

Qazaxıstan xilasediciləri daşqın vəziyyətinə görə bir neçə yaşayış məntəqəsindən 63 mindən çox insanı təxliyə ediblər.

Yenixeber.org: Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəisi Kaharman Orazalin brifinqdə bildirib.

“Aktobe, Kostanay, Pavlodar, Akmola, Atırau və Şimali Qazaxıstan vilayətlərində 3391 fərdi yaşayış binası, 1059 bağ evi, 79 müxtəlif təyinatlı tikili su altında qalıb.Hazırda birgə qüvvələr tərəfindən 63927 nəfər təxliyə edilib”, - Orazalin bildirib.

Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.

Daşqınlar səbəbindən ölkənin 10 rayonunda: Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətlərində yerli fövqəladə vəziyyət elan edilib.( TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam