Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Akşener İYİ partiya sədrliyinə namizəd olmayacaq -Yenilənib - FOTO

 

Türkiyədə İYİ Partiyanın hazırkı sədri Meral Akşener növbədənkənar qurultayda sədrliyə namizəd olmayacaq.

Yenixeber.org xəbər verir ki, bunu siyasətçinin özü açıqlayıb.

 

***

17:22 / 01.04.2024

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində 6-cı yerə çıxan və cəmi 1 vilayətdə çoxluq əldə edən İYİ Partiya növbədənkənar qurultaya gedəcək.

Partiya sədri Meral Akşener qərargahda keçirdiyi mətbuat konfransında seçki ilə bağlı qiymətləndirmələr edərkən bunu açıqlayıb.

"Qeyri-rəsmi nəticələrə görə, millətimiz 1 vilayət, 23 rayon və 7 mahal olmaqla, cəmi 31 yeri İYİ Partiyaya həvalə edib. Millətimizə təşəkkür edirik.

Millətimiz şübhəsiz ki, hökumətə ən əhəmiyyətli mesajı verdi. İYİ Partiya olaraq üzərimizə düşən məsuliyyəti öz üzərimizə götürəcəyik. Biz seçkinin nəticələri ilə bağlı özünütənqidimizi edəcəyik.

Partiyamızın nizamnaməsinin mənə verdiyi səlahiyyətə uyğun olaraq, ən qısa zamanda növbədənkənar qurultayımızı çağıracağıq", - Akşener vurğulayıb.

Qeyd edək ki, son prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra dağılan Millət İttifaqının ortaqlarından olmuş İYİ Partiya bu yerli seçkilərdə bütün ittifaq təkliflərindən imtina etmiş, seçkilərə "azad və müstəqil" formada qatılacağını bəyan etmişdi. Partiya seçki dövründə funksionerlərinin iqtidarla yanaşı, müxalifətin də ünvanına kəskin təniqidi ritorikası ilə seçilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam