Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yol polisi Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

 DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

Yenixeber.org xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.

İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin!

Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam