Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bayden Trampı xeyli geridə qoydu -SORĞU

 

ABŞ prezidenti Co Bayden ictimai rəy sorğularında Respublikaçı namizəd Donald Trampı geridə qoyub.

Yenixeber.org xəbər verir ki, bunu Reuters və Ipsos Group tədqiqat şirkətinin birgə araşdırması göstərib.

Sorğu 5 gün ərzində bütün ölkə üzrə aparılıb. Sorğuda qeydə alınmış 833 seçici iştirak edib. Onların 41%-i qarşıdan gələn seçkilərdə Baydenə, 37%-i isə Donald Trampa səs verəcəyini bildirib.

Son vaxtlar Ağ Evin hazırkı rəhbəri üçün seçkiqabağı vəziyyət yaxşılaşır.

Reuters/Ipsos-un bir ay əvvəl apardığı sorğuda Baydenin liderliyini cəmi 1% təşkil etmişdi.

Budəfəki sorğuda respondentlərin kifayət qədər böyük bir hissəsi, 22%-i hələ də seçim edə bilmədiyini bildirib.ABŞ-ın seçki sistemi səs çoxluğunu toplayan namizədi deyil, müəyyən bir ştatı təmsil edən ən çox seçicinin dəstəyini alan namizədin qazanmağına imkan verir. Ona görə də namizədlərin və onların komandalarının əsas diqqəti qarışıq ştatlara yönələcək. Konkret olaraq, onlar Viskonsin, Miçiqan və Pensilvaniya, eləcə də Nevada, Arizona və Corciyadır. Şimali Karolinada müxtəlif seçimlər mövcuddur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam