Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

DAK İdarə Heyəti toplandı:Təşkilatın güclənməsi üçün qərarlar verildi

 
 
Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və Rusiyadan İdarə Heyətinin üzvləri və təmsilçilərin qatıltığı toplantıda təşkilatın fəaliyyəti, Qurultaya hazırlıq işləri müzakirə olunub.

Yenixeber.org xəbər verir ki, DAK-ın fəaliyyətinin yeni dövrün tələblərinə uyğun daha da güclənməsi və genişlənməsi üçün təkliflər verilib. DAK sədri Sabir Rüstəmxanlı təşkilatın diaspor işlərində, milli məsələlərdə rolunu vurğulayaraq dünyada Azərbaycanla bağlı məsələlərə çevik reaksiyanın vacibliyini bildirib.

 

Millət vəkili xüsusilə Ermənistanla sülh sazişinin müzakirə olunduğu dövrdə imzalanma prosesində bəzi Qərb ölkələrinin Azərbaycan əleyhinə apardıqları qərəzli siyasətə diqqət yetirərək DAK təmsilçilərinin bu prosesə qarşı fəalllığının vacibliyini qeyd edib. Toplantıda həmçinin Yaxın və Orta Şərqdə yaranmış gərginlik,İran-İsrail münaqişəsinin hərbi müstəviyə keçməsindən ciddi narahatlılıq ifadə olunub. DAK İdarə Heyəti münaqişələrin güc yolu ilə həllinin əleyhinə olduğunu bildirərək Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyindən narahatlığı ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam