Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb-FOTOLAR

 

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yasir Oqtay oğluna məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Qida obyektinin satış vitrinində istifadə müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə əlamətləri müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız məhsulların satışının qarşısı alınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam