Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

 

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə başlanılıb.

Yenixeber.org-un məlumatına görə, bu barədə ilkin olaraq, müxtəlif media resursları və sosial şəbəkələrdə yayılan qeyri-rəsmi informasiya daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Kremlin mətbuat katibi Dmitri Peskovun müvafiq açıqlamaları ilə rəsmən təsdiqlənib.

Hazırda sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingenti və onun istifadəsində olan hərbi texnikanın Azərbaycandan çıxarılmasını əks etdirən çoxsaylı videolar yayılmaqdadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam