Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İran rəsmisi: Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir-FOTO

“İran hakimiyyəti İsfahana pilotsuz uçuş aparatları ilə hücumun arxasında xarici qüvvələrin dayandığını qəsdən gizlədir”.

Yenixeber.org xəbərinə görə, bunu həmin ölkənin hərbi dairələrində təmsil olunan yüksək vəzifəli məmurlarından biri deyib.

Adının açıqlanmasını istəməyən şəxs bildirib ki, rəsmi Tehran xarici qüvvələrə məxsus üç pilotsuz uçuş aparatının vurulduğunu ictimaiyyətə açıqlamaqdan çəkinir:

“Bu məsələni gah təxribat, gah da dövlət sərhədinin pozulması kim təqdim etmək istəyirlər. Lakin İsfahandakı faktlar onu göstərir ki, pilotsuz uçuş aparatları ilə hücum İsrail ərazisindən həyata keçirilib”, – İran ordusunun rəsmisi belə deyib.

O, İran mediasının yaydığı xəbərlərdə baş verənlərin insident kimi təqdim edilməsinin doğru olmadığını da bildirib. Sözü gedən xəbər agentliyinin əldə etdiyi daha bir informasiyaya görə, pilotsuz uçuş aparatlarından ikisi İraqın İranla sərhəddə yerləşən Vasit əyalətində, biri isə paytaxt Bağdada yaxın ərazidə yerə düşüb.

“Al-Hurra”ya açıqlama verən İsrailin ordu rəsmilərindən biri isə ölkəsinin bu məsələdəki rolu barədə suala cavab vermək istəməyib.

Qeyd edək ki, İsraildə nəşr olunan “The Jerusalem Post” qəzeti baş verənlərin İsraildən idarə olunduğunu yazıb. Məqalədə bu addımın qisas xarakteri daşıdığı vurğulanıb.(Al-Hurra)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam