Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İranda timsah hücumu ilə bağlı xəbərdarlıq edildi

 

Birləşmiş Ərəb Əmirlikləri və Omandan sonra İranda da fırtına baş verib.

Yenixeber.org xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan, eləcə də Hörmüzqan vilayətlərində fəsadlara səbəb olub. 

Bildirilir ki, Sistan və Bəlucistanda sel səbəbindən dəmir yolunda çalışan 3 işçi həlak olub. 

Bununla yanaşı, Sistan və Bəlucistanda səlahiyyətli şəxslər timsahların sel səbəbi ilə təbii yaşayış yerlərini tərk etdiyini açıqlayıb və onların şəhərlərdə peyda ola biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Vilayət sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərdən kənar durmaq tələb olunub.  

Qeyd edək ki, elmi adı Crocodylus palustris olan və bataqlıq ərazidə yaşayan bu timsahlara əsas olaraq İranın cənubunda və Hindistanda rast gəlinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam