Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Baş katib Paşinyanın KTMT sammitində iştirakından danışıb:"... Ümid edirəm ki, daha yaxşı olacaq”

Baş katib Paşinyanın KTMT sammitində iştirakına münasibət bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2024-cü ildə keçiriləcək sammitində iştirak edib-etməmək qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək.

Yenixeber.org: Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı və ya iştirak etməməsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ vaxt var, bu aylarda çox şey dəyişə bilər. Ümid edirəm ki, daha yaxşı olacaq”, - deyə KTMT baş katibi vurğulayıb.

Qeyd edək ki, rəsmi İrəvan rusiyayönümlü inteqrasiya formatlarının yüksək səviyyəli görüşlərində iştirakını dayandırıb. Belə ki, Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dondurduğunu bəyan edib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam