Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Fuat Oktay: Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq

 

Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik edirik.

Yenixeber.org xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və əhəmiyyətlidir:

“Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də bölgədə sülhün əldə olunması təmin oluna bilər”.

F.Oktay həmçinin əlavə edib ki, türk dünyası dövlətlərinin bir-biri ilə əlaqələrinin gücləndiirlməsi və bunu gələcək nəsillərə ötürülməsi hədəflər arasındadır: “Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam