Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Alen Simonyanın anti-Rusiya çıxışına Moskvadan cavab göndərilib

 

Ermənistan parlamentinin sədri Alen Simonyanın anti-Rusiya çıxışı ilə əlaqədar rəsmi Moskvadan İrəvana məktub daxil olub.

Yenixeber.org xəbər verir ki, bunu Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bildirib.

Bildirilib ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko qubernatorlara, senatorlara Alen Simonyanın anti-Rusiya bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğu hazırlayıb göndərməyi tapşırmışdı.

Şura sədri demişdi: “Biz bu cür rusofob, anti-Rusiya çıxışlarına məhəl qoymayacağıq. Sadəcə olaraq, həmkarımız üçün ayıbdır. O artıq bütün "qırmızı xətləri" keçib”.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ölkələrinin parlament sədrlərinin konfransında çıxışı zamanı Alen Simonyan xüsusilə qeyd etmişdi ki, tədbirin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğu üçün Ermənistan Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam