Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Blinken:Putinin Ukrayna planı iflasa uğrayıb

 

Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb.

Yenixeber.org “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

“Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik. Onlar bunun təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”, - o qeyd edib.

Blinkenin sözlərinə görə, bu çağırış cəzasız qalsa, o zaman hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyada daha çox münaqişələr olacaq.

Dövlət katibi qeyd edib ki, koalisiya inanılmaz dərəcədə cəsarətli ukraynalılara təcavüzü dəf etməyə kömək edib: “İndi bu, davamlı səy və mübarizədir”.

O bildirib ki, Ukrayna zamanla uğur qazana biləcək: “Hərbi, iqtisadi, demokratik baxımdan ölkənin güclü planı var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam