Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ermənistan Rusiyaya görə Estoniyanı dəstəklədi -RƏSMİ

Estoniya xarici işlər naziri Marqus Tsahkna və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan

Estoniya xarici işlər naziri Marqus Tsahkna və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Yenixeber.org: Bu barədə Estoniya XİN rəhbəri "X" hesabında bildirib.

O qeyd edib ki, Mirzoyan Rusiya ilə sərhəd insidenti ilə bağlı ölkəsinin Estoniyaya dəstəyini ifadə edib.

Estoniya XİN rəhbəri deyib ki, onlar Cənubi Qafqazdakı vəziyyəti, Estoniya və Aİ-nin vəziyyətin düzgün istiqamətdə irəliləməsini dəstəkləmək üçün nə edə biləcəyini də müzakirə ediblər.

Xatırladaq ki, Estoniya sərhədçiləri cümə axşamı bildiriblər ki, rusiyalı həmkarları bu yaxınlarda Narva çayının Estoniya tərəfində yerləşdirilmiş 50 naviqasiya buylarından (gəmi yollarını işarələmək üçün üzgəc-red.) 24-nü çıxarıblar. Estoniya tərəfi bildirir ki, Rusiya 2022-ci ildə Moskvanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra buyların mövqeləri ilə bağlı mübahisə edir. Buylar gəmilərin xarici sulara girməməsi üçün strateji olaraq sərhəd çayına yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam