Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

"Etilen-polietilen" zavodunun direktoru cərimələndi - Niftəliyev məhkəməyə şikayət edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib.

Yenixeber.org: Buna direktorun işçinin əmək müqaviləsinə qanunvericiliyin tələblərini pozaraq xitam verməsi səbəb olub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müraciət əsasında zavodda yoxlama aparıb.

Yoxlamanın nəticəsinə uyğun olaraq, DƏMX Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə cərimə protokolu tərtib edib.

Direktorun barəsində protokol tərtib olunan maddədə deyilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

O.Niftəliyev isə DƏMX-in qərarından məhkəməyə şikayət edib. İş Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin icraatına verilib.

Qeyd edək ki, daha əvvəl ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti zavoddan tullantı suların Sumqayıtçaya, oradan da Xəzər dənizinə axıdıldığına görə O.Niftəliyevi cərimələyib.(İqtisadiyyat.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam