Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ermənistanın keçmiş maliyyə nazirinin Los-Ancelesdəki mülkü müsadirə olunacaq

 

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki mülkü müsadirə olunaraq satışa çıxarılacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq evin satışından əldə olunan pulun böyük hissəsinin Ermənistana qaytarılması məsələsi ilə bağlı ABŞ-nin səlahiyyətli orqanı ilə danışıqlar aparır.

Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.(Armenia Today)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam