Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

İranın yeni XİN rəhbəri o ola bilər- FOTO

 

İran xarici işlər nazirinin sabiq müavini Abbas Araqçi böyük ehtimalla ölkənin yeni XİN rəhbəri təyin ediləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Tasnim” agentliyi yayıb. 

Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün İran parlamentinə təqdim ediləcəyi gözlənilir. 

Mənbələr qeyd edib ki, Araqçi hazırda Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri rolunu icra edir. 

Xatırladaq ki, İranın keçmiş XİN rəhbəri Hüseyn Əmir Abdullahian mayın 19-da baş verən helikopter qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərinin icrası Əli Bağeri Kaniyə həvalə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam