Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Qonşu ölkədə qiyama rəhbərlik edənlər ömürlük gedəcək -QANUN

Rusiyada qiyama rəhbərlik edənlər ömürlük gedəcək

Dövlət Dumasına insan ölümü və ya digər ağır nəticələrə səbəb olan silahlı üsyan təşkil etməyə və ya orada iştirak etməyə görə ömürlük həbs cəzasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Yenixeber.org: Rusiya KİV-ləri xəbər verir ki, sənəd parlamentin aşağı palatasının saytında dərc olunub.

Layihədə cinayət məsuliyyətinin cinayətdə iştirak dərəcəsindən və qiyamın nəticələrinin ağırlığından asılı olaraq bölünməsi təklif edilir. Rusiya Federasiyasının konstitusiya quruluşunu devirməyə və ya zorla dəyişdirməyə və ya ölkənin ərazi bütövlüyünü pozmaq cəhdi etməyə görə 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təklif edilir.

Üsyan insan ölümü və ya digər ağır nəticələrlə nəticələnərsə, cəza ya ömürlük həbs, ya da 15-20 il müddətinə həbs və 500 mindən 1 milyon rubla qədər cərimə olacaq.

Layihə həmçinin üsyanın iştirakçısı “Rusiya Federasiyasının maraqlarına gələcək zərərin” qarşısını almağa kömək edərsə, onun cinayət məsuliyyətindən azad olması nəzərdə tutulur.

İyunun sonunda “Vedomosti” qəzeti yazıb ki, Yevgeni Priqojinin təşkil etdiyi silahlı üsyandan sonra Rusiya hökuməti Cinayət Məcəlləsində belə cinayətlərə görə məsuliyyəti sərtləşdirməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam