Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ukrayna müharibəsi başlayandan Rusiyanı tərk edənlərin sayı AÇIQLANDI

Rusiyanı tərk edənlərin sayı iki dəfə artıb

Rusiya-Ukrayna müharibəsinin başlandığı 24 fevral 2022-ci il tarixdən ötən dövr ərzində 666 min nəfər Rusiyanın ərazisini tərk edib.

Yenixeber.org: Bu barədə adı çəkilən ölkənin “The Bell” internet nəşrinin məqaləsində qeyd olunub.

Yazıda bildirilib ki, sözügedən informasiya 70 ölkədən əldə edilən statistik məlumatlara əsaslanır.

Rusiyadan gedənlərin üz tutduğu ölkələr arasında ilk yerdə Ermənistan dayanır. Belə ki, Ermənistana 110 min nəfər köçüb. İkinci və üçüncü yerləri 80 min nəfəri qəbul edən İsrail və Qazaxıstan bölüşdürür. Siyahıda növbəti yerdə Gürcüstan (73,5 min nəfər) yerləşib.

Göstərilən dövr ərzində Rusiyadan ABŞ-yə 48 min nəfər pənah aparıb.

Almaniya və Serbiya müvafiq olaraq Rusiyadan gəlmiş 36 min və 30 min nəfərə sığınacaq verib.

Sonrakı həyatını yaşamaq üçün Türkiyəni seçənlərin sayı isə 28 min nəfər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam