Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Məxfi Xidmətin direktoru istefa verdi - SƏBƏB

Məxfi Xidmətin direktoru istefa verdi 

           ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl istefa verib.

Yenixeber.org: O, Donald Trampa sui-qəsd zamanı buraxılan səhvlərə görə xidmətin cavabdeh olduğunu etiraf etməsindən sonra istefa verib. 

Qeyd edək ki, Çitl Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verib.

O bildirib ki, Trampa qarşı sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi və o, həmin gün təhlükəsizliklə bağlı yaranmış vəziyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

“Məxfi Xidmətin vacib missiyası xalqımızın liderlərini qorumaqdır. İyulun 13-də biz uğursuz olduq. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, - deyə o, Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadəsində deyib.

Qeyd edək ki, Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çoxsaylı üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam