Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Saakaşvili müalicə müəssisəsindən həbsxanaya köçürüləcək

 

Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin “Vivamed” klinikasından tezliklə həbsxanaya köçürüləcəyini açıqlayıb.

Yenixeber.org: “Həkimlər onun səhhətini qiymətləndirirlər, Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək, bu barədə çox yaxında məlumat alacaqsınız, mən onun səhhətinin kəskin şəkildə yaxşılaşmasına şadam və ona cansağlığı arzulayıram", - Breqadze deyib.

Saakaşvili 2021-ci ildə Gürcüstana qayıtdıqdan sonra həbs olunub, 2022-ci ilin may ayından Tbilisidəki "Vivamed" klinikasında müalicə alır, uzun aclıq aksiyasından sonra həbsxanadan buraya köçürülüb. Bir neçə dəfə müstəqil ekspertiza anoreksiya və kaxeksiya səbəbindən Saakaşvilinin vəziyyətini kritik qiymətləndirib.

Sonuncu dəfə Ombudsmanın çağırdığı həkimlər şurası Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb.("News Georgia" )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam