Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

DYP-dən səfərə çıxan sürücülərə MÜRACİƏT

 

Sinoptiklərin məlumatına əsasən əlverişsiz hava şəraitinin martın 2-dək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir.

Yenixeber.org xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin səfərə çıxan sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, Ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsi hərəkəti iştirakçılarından daha da ehtiyatlı olmağı tələb edir.

"DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir",- deyə müraciətdə qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam