Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Bu prezident ukraynalı qaçqınlara dəstək qanununu sonuncu dəfə imzaladı -RƏSMİ

Polşa Prezidenti Karol Navrotski

Polşa Prezidenti Karol Navrotski ukraynalı qaçqınlara dəstəyin uzadılmasını nəzərdə tutan qanunu sonuncu dəfə imzaladığını bəyan edib.

Yenixeber.org: Bu barədə “Unian“ Polşa mediasına istinadən məlumat yayıb.

Karol Navrotski bildirib ki, qanunu imzalamaqda məqsədi ölkədə idarəetmədə qarışıqlığın qarşısını almaqdır.

“Məni xaosun prezidenti kimi görməmələri üçün qanun layihəsini imzaladım. Amma eyni zamanda, vurğuladım ki, ukraynalılara yardım barədə bu qanunu son dəfə imzalayıram”, – o qeyd edib.

Prezident həmçinin bildirib ki, Polşada yaşayan ukraynalılara “digər milli azlıqlara göstərilən münasibətlə eyni qaydada” yanaşılmalıdır.

Qeyd edilir ki, qanun ukraynalı qaçqınlara sosial dəstək mexanizmlərinin müəyyən müddət davam etdirilməsini nəzərdə tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam