Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Nərgiz Məhəmmədi yenidən saxlanıldı -FOTOLAR

nergiz-mehemmedi-yeniden-saxlanildi

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi saxlanılıb. 

Yenixeber.org: Bu barədə Nərgiz Məhəmmədinin fondu “X” sosial şəbəkəsində məlumat yayıb. 

Onun İranda hüquq müdafiəçisi, vəkil Xosrov Əlikordinin anım mərasimində saxlanıldığı bildirilir. 

Nərgiz Məhəmmədidən başqa Məşhəd şəhərində daha bir neçə fəal da saxlanılıb. Onların saxlanılma səbəbi açıqlanmır. İran hakimiyyəti isə xəbərləri şərh etməyib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bunun 10 ilini həbsxanada çəkib. 2024-cü ilin dekabrında ona səhhətinə görə 21 günlük məzuniyyət verilib, sonra bu müddət daha altı ay uzadılıb.

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam